Yeniyetmələr üzrə Respublika çempionuMəktəbimizin 5 "B" sinif şagirdi Tunar Hüseynov
"R.R.BOXİNG" Boks klubunun tələbəsidir.
Yeniyetmələr üzrə klublar arası yarışlarda 8-qızıl mükafatçısı olan şagirdimiz həmçinin yeniyetmələr üzrə Respublika çempionudur. Məktəbimizin adından Tunarı qalibiyyətləri münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Black&the Caspian sea Open karate turnirində birincilikMəktəbimizin 11 "B" sinif şagirdi Nəzrin Piriyeva AKF-nın təşkil etdiyi Black&the Caspian sea Open karate turnirində 16-17 yaş qrupu, 59 çəki dərəcəsində 1-ci yerə layiq görülüb. Qalibiyyətini təbrik edir, ona müvəffəqiyyətlər arzulayırıq.
BEYNƏLXALQ RİYAZİYYAT OLİMPİADASINDA GÜMÜŞ MEDALMəktəbin 6 "B" sinif şagirdi Eyvaz Hüseynzadə AMO (American Mathematics Olympiad) Amerika Riyaziyyat Olimpiadasında uğurla çıxış edərək gümüş medal qazanıb. Məktəb rəhbərliyi adından şagirdimizi təbrik edir və gələcək müsabiqələrdə uğurlar arzulayırıq!