Judo championMəktəbimizin 9 "A" sinif şagirdi Məhəmməd Bədəlli 4ildən artıqdır professional olaraq Cüdo idman növü ilə məşğuldur. O, 7 ədəd 1-ci dərəcəli, 2 ədəd 2-ci dərəcəli, 3 ədəd isə 3-cü dərəcəli olmaqla müxtəlif yarışlarda uğurlu iştirakına görə medal və diplomlarla təltif olunub. Şagirdimizə elm və idman həyatında uğurlar arzu edir, naliyyətlərinin davamını diləyirik.
Beynəlxalq olimpiadada qalibiyyətMəktəbimizin şagirdləri Murad Məmmədli və Zəhra Hüseynli beynəlxalq olimpiadada iştirak edərək qızıl və gümüş medallar qazanıb. Olimpiada qaliblərinin yaşıdları, fənn müəllimləri və sinif rəhbərlərinin iştirak etdiyi görüşdə məktəbin direktoru Ramiz Osmanov şagirdlərin qazandığı uğurlardan danışdı, onlara diplomlarını təqdim edərək gələcək təhsil həyatlarında uğurlarının davamını arzulayıb.
Riyaziyyat və Məntiq Olimpiadasında ən yüksək nəticə!Məktəbimizin 5 "A" sinif şagirdi Miryusif Rzazadə Beyin Olimpiada Mərkəzinin təşkil etdiyi Lütfizadə adına Riyaziyyat və Məntiq Olimpiadasında 100 bal toplayaraq ən yüksək nəticəni əldə edib. Şagirdimizə uğurlarının davamlı olmasını diləyirik!