"ZİRVƏNİ FƏTH ET" adlı Respublika Bilik Müsabiqəsində ölkə üzrə birincilik reytinqi03.02 2024 cü il tarixində Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkilatçılığı ilə "ZİRVƏNİ FƏTH ET" adlı Respublika Bilik Müsabiqəsi keçirilib. Müsabiqə 40 sual olmaqla 4 fənn üzrə (Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Həyat-bilgisi(ümumi biliklər)) keçirilib. Bu müsabiqədə müəllimimiz Pərvanə Nəsibovanın rəhbərlik etdiyi 3 "A" sinif şagirdləri fəal iştirak edərək yaşıdları arasında xüsusi fərqlənib. Şagirdlərimiz Abdullayev Uğur ölkə üzrə reytinqi 1-ci, Rəhimli Məryəm ölkə üzrə reytinqi 6-cı, Əlizadə Səfiyyə 19-cu, Paşazadə Yağmur ölkə üzrə reytinqi 217-ci olmaqla Respublika Bilik Müsabiqəsinin 1-ci mərhələsinin qalibləridir.
Bilik müsabiqəsində qızıl mükafat"Dəyər" nəşirlərinin keçirdiyi sınaq imtahanında 3 "A" sinif şagirdləri Yağmur Paşazadə, Səfiyyə Əlizadə, Zərifə Səfərli yüksək bal toplayaraq qızıl mükafatla təltif olunublar.
Şagirdlərimizə bol naliyyətli tədris ili arzulayırıq.
judo championMəktəbimizin 6 "B" sinif şagirdi Elgün Şəripov uzun müddətdir professional cüdo ilə məşğul olaraq xeyli sayda medal, diplom və sertifikatlar, kuboklarla təltif olunub. Həmçinin "İşıqlı Azərbaycan" idman klubunun üzvü Elgün sarı kəmər sahibidir. Rəhbərlik adından şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!