4 "B" - "Şahmatçılar Sinfi"Məktəbimizin 4 "B" sinif şagirdləri bilik yarışlarında, xüsusilə şahmat yarışlarında qalibiyyətləri ilə fərqlənirlər. Şahmat zehni fəaliyyəti, yaddaş və intellekti inkişaf etdirməsi, şagirdlərimizdə qətiyyətlilik, mübarizlik, soyuqqanlılıq, sağlam rəqabət kimi keyfiyyətləri formalaşdırması, sağlam həyat tərzinə zəmin yaratması üçün xüsusi əhəmiyyətlidir.
Qalibiyyətləriniz daimi olsun!
"Qəhvəyi Kəmər" sahibi Rauf Məmmədli5 "B" sinif şagirdi Rauf Məmmədli 2 ildir ki,karate idman növü ilə məşgul olur. Qəhvəyi kəmərdir. O, 16.04.2023-cü ildə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Grand Winner karate turnurində 1-ci yerə, 20.01.2023 -cü ildə Arpachay open karate turnirində 2-ci yerə, şagirdi oldugu "Qara Qaplan" klubunun təşkil etdiyi yarışlarda 2 dəfə 3-cü yerə layiq görülüb. Şagirdimizə elm və idman sahəsində uğurlar arzulayır, qalibiyyətlərinin davamını diləyirik.
4 "A" sinfinin nailiyyətləriMəktəbin 4 "A" sinif şagirdləri Həsən Adıgözəlov, Mehri Cəfərzadə, Dəniz Süleymanov, Cavad Yusubzadə, Yağmur Kərimli, Nigar Həsənova müxtəlif bilik yarışlarında iştirak edərək 600 baldan yuxarı nailiyyət əldə ediblər. Bundan əlavə şagirdlərimiz müxtəlif idman yarışlarının qızıl, gümüş medal sahibləridir. Onlarla fəxr edir, uğurlarının davamını diləyirik!