Respublika fənn olimpiadasının qalibi !Bakı şəhəri 309 N-li məktəbin 11a sinif şagirdi Kərimli Aytən Respublika Fənn Olimpiadasında Coğrafiya fənnindən 34 bal toplayaraq məktəbimizi layiqincə təmsil etmişdir və nəticədə III yeri tutaraq Bürünc medalla təltif olunmuşdur. Bu uğura görə Aytəni və onun coğrafiya fənn müəllimlərini Rəhimova Nuray,Qarayeva Vüsalə,sinif rəhbəri Şahmuradova Afət müəllimi məktəbin direktoru Ramiz Osmanov,məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Esmira Kərimova təbrik etdilər və onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar qazanmalarını arzuladılar.
GƏLƏCƏK ƏMİN ƏLLƏRDƏDİRNizami tədris mərkəzinin Zəngi liseyində keçirdiyi sınaq imtahanında 309 nömrəli tam orta məktəbin şagirdləri yüksək nəticələr əldə etmişlər.Şagirdlərimizdən ikisi- 3-cü sinif şagirdi Nicat Rəsulov və 6-cı sinif şagirdi Hüseyn Hüseynli əldə etdikləri nəticələrinə görə Bakı məktəbliləri arasında 1-ci və 2-ci yerlərə layiq görülmüşlər.Digər şagirdlərimiz isə topladıqları bala görə məktəb üzrə 1-ci,2-ci və 3-cü yerləri bölüşdürmüşlər.Şagirdlərimizi təbrik edir,onlara uğurlar arzulayırıq.Şagirdlərin qazandıqları uğurlarda zəhməti olan dəyərli müəllimlərimizə isə təşəkkür edirik.
1-Cİ YER BİZİM OLDU!!!Bu gün 80 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş "Gənc Şairlər" müsabiqəsində 309 nömrəli tam orta məktəbin şagirdi Abdullasoy Mətin vətənpərvərlik mövzusunda qələmə aldığı şeiri ilə 1-ci yerə layiq görülüb.Bu bizim məktəbimiz üçün böyük uğur, qürurverici bir qələbədir.Bu qazandığı nailiyyət münasibəti ilə şagirdimiz Mətini və onun ana dili-ədəbiyyat müəllimi Əzizova Aygünü təbrik edir və bizlərə belə bir sevinc yaşatdıqları üçün onlara məktəb rəhbərliyi adından təşəkkür edirik.