Şuşa. Alınmaz qala niyə alındı?
Mayın 8-də liseydə Şuşanın işğal olunmasının 25-ci ildönümü ilə bağlı mühazirə təşkil olunmuşdur. Mühazirəni liseyin tarix müəllimi Şəfiqə Ağayeva oxumuşdur. O, mühazirə zamanı bunları qeyd etmişdir: “Xocalı faciəsi ölkədə siyasi gərginliyi dahada artırdı. Ölkədə baş verən hadisələr Azərbaycanın yeni ərazilərinin işğal olunmasına şərait yardırdı. 1992-ci ilin martında Rusiyanın əlaltısı R.Qazıyev müdafiə naziri vəzifəsinə keçirildi. Bu zaman Şuşa artıq mühasirədə idi. 1500 nəfər döyüşçüsü olan Şuşa batalyonunda 500 döyüşçü qalmışdı. Mayın 7-dən 8-nə keçən gecə şəhər güclü artelleriya atəşinə tutuldu. Mayın 8-də Şuşa işğal olundu. Mühazirədə şagirdlərin sualları cavablandırıldı. Tədbir bu sözlərlə yekunlaşdırıldı: “Bu gün 750 adda silah istehsal edən Azərbaycan Şuşa da daxil olmaqla Qarabağı geri qaytarmağa qadirdir. Qələbə uzaqlarda deyil! Biz buna inanırıq!”