Kişi və qadın müəllimləri şagirdin nəticəsinə təsir edirmi?

Dünyanın əksər ölkələrində müəllimlərin cinsi mənsubiyyətinin şagirdlərin akademik göstəricilərinə təsiri müxtəlif maraqlı qruplar tərəfindən araşdırılır, tədqiq edilir. 2021-ci ildə University of Missouri professoru Hwang və University of Notre Dame professoru Fitzpatrick "Student–Teacher Gender Matching and Academic Achievement" adlı tədqiqat əsasında çox maraqlı məqalə hazırlayıblar. (file:///C:/Users/ARiF/Downloads/hwang-fitzpatrick-2021-student-teacher-gender-matching-and-academic-achievement.pdf). Burada maraqlı məqamlar və əla nəticələr alıblar. Bizdə də bu mövzu aktualdır və maraqlı münasibətlər var. Yaxşı olar ki, müxtəlif aspektlərdə məsələ etibarlı datalar əsasında təhlil olunsun. Həmin yuxarıdakı məqalədən iki abzası buraya əlavə edirəm:
Giriş:
Amerika Birləşmiş Ştatlarında müəllimlərin əksəriyyətini qadınlar təşkil edir. Təxminən ABŞ-da ibtidai sinif müəllimlərinin 90%-i, orta məktəb müəllimlərinin isə 77%-i qadındır (ABŞ Təhsil Departamenti, 2017). Bəzi valideynlər və pedaqoqlar kişi müəllimlərin azlığından narahatdırlar, çünki onlar düşünürlər ki, məktəblərdə kişi rol modellərinin çatışmazlığı oğlanların zəif nəticələrinə səbəb olur (Brown, 2012; Deese, 2017).
Digər tərəfdən, elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində qadınların təmsilçiliyi aşağı olduğuna görə, qız şagirdlər üçün riyaziyyat və təbiət elmləri dərslərində qadın müəllimlərin rol model kimi çıxış etməsi məsələsi getdikcə daha çox diqqət mərkəzinə çevrilir (Marx & Roman, 2002; Stearns və digərləri, 2016).
İkinci abzas:
Müəllimlərin cinsi ilə bağlı geniş müzakirələrə baxmayaraq, ABŞ-da K–12 (yəni, ibtidai və orta məktəb) təhsil səviyyəsində şagird–müəllim cins uyğunluğu təsiri ilə bağlı çox az sayda empirik tədqiqat mövcuddur. Üstəlik, mövcud tədqiqatların nəticələri bir-birinə ziddir. Məsələn, bir araşdırma göstərir ki, şagird–müəllim cins uyğunluğu həm qız, həm də oğlan şagirdlərin akademik nailiyyətlərinin artması ilə əlaqəlidir (Dee, 2007). Digər bir tədqiqat isə əksinə, cins uyğunluğunun qız şagirdlərin riyaziyyat üzrə nəticələrinə mənfi təsir göstərdiyini bildirir (Antecol və b., 2015). Bundan fərqli olaraq, başqa bir alim isə şagird–müəllim cins uyğunluğunun oğlan şagirdlərin nəticələrinə çox az təsir etdiyini irəli sürür (Krieg, 2005).
Digər abzas:
"Həmçinin ehtimal olunur ki, cinsin uyğunluğunun təsiri məktəb pillələri üzrə fərqlənə bilər, çünki müəllimlərin akademik keçmişləri məktəb səviyyəsinə görə dəyişir. İbtidai sinif müəllimlərinin akademik göstəriciləri adətən orta məktəb müəllimlərindən daha zəif olur (Gitomer, 2007), və ibtidai sinif müəllimliyi ixtisasını seçən şəxslər, digər sahələr üzrə təhsil alanlarla müqayisədə, daha yüksək riyaziyyat həyəcanına malik olurlar (Hembree, 1990). Əgər ibtidai sinif müəllimi olan qadınların zəif akademik keçmişləri və yüksək riyaziyyat həyəcanı səviyyəsi, qız şagirdlərin riyaziyyat öyrənməsinə mənfi təsir edə bilərsə (Antecol və b., 2015; Beilock və b., 2010), bu halda cinsin uyğunluğunun təsiri orta məktəb şagirdləri üçün ibtidai sinif şagirdlərinə nisbətən daha müsbət ola bilər".
Məqalədə maraqlı məsələlə toxunulur. Ümid edirik ki, məqalə, eləcə də oradakı zəngin mənbələr təhsil mütəxəssisləri üçün maraqlı olacaq.