Fevralın 16-da “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib. Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilmiş və bu müsabiqədə liseyimizin 10 c sinif şagirdi Nağızadə Elşən Elnur oğlu kompüter elmləri üzrə müsabiqədə I yeri tutaraq qızıl medala layiq görülmüşdür . Eyni zamanda ABŞ-da keçirilən İnteI İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək hüququ qazanmışdır.