FƏXRİMİZ

            Azad Arif oğlu Hümbətov 1996-cı il 24 yanvar tarixində Bakı şəhərində anadan olub. Əla göstəricilərlə təhsil müəssisəmizə qəbul olan Azad liseydə təhsil aldığı müddətdə müəllimlərinin və sinif yoldaşlarının sevimlisi olub, yüksək mənəvi keyfiyyətləri ilə seçilib. 2013-cü ildə orta təhsilini liseydə əla nəticələrlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə tank bölüyü ixtisası üzrə daxil olub. Bu müəssisəni  2017-ci ildə leytenant hərbi rütbəsi ilə bitirib, Füzuli rayonunun Horadiz  şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlayıb.

2018-ci ildə "Azərbaycan ordusunun 100 illiyi" münasibəti ilə keçirilən hərbi paradda bayraqdar vəzifəsini daşıyıb. Hərb işinə sevgisi və nizam-intizamına, döyüş tapşırıqlarını qüsursuz icra etdiyinə görə "Silahlı Qüvvələrin 100 illiyi" medalı ilə təltif olunub. Azad hərbi biliyini daima təkmilləşdirib, qısa müddətdə baş leytenant hərbi rütbəsinə layiq görülüb.

Vətən Müharibəsində Azad Füzuli, Xocavənd, Laçın rayonlarının düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə rəşadət göstərib, şəxsi keyfiyyətləri ilə fərqlənib. Azad Hümbətov "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib. 27 oktyabr 2020-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və şəhid olub.

Vətən Müharibəsində göstərdiyi şücaətlərə görə 9 dekabr 2020-ci ildə Azad Arif oğlu Hümbətova "Vətən Müharibəsi Qəhrəmanı" (ölümündən sonra) adı verilib.

 II Fəxri Xiyabanda dəfn olunub.

 2021-ci ilin noyabr ayından 291 nömrəli Ekologiya liseyinə Azad Hümbətovun adı verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi