"Şəxsi qiqiyena qaydaları” mövzusunda seminar keçirilib
22.05.2025
21 may 2025-cü il tarixdə liseyin həkimi Leyla Nuriyeva, tibb bacısı Könül Əhmədovanın təşkilatçılığı ilə məktəbli uşaqlar arasında “Sağlam həyat tərzinə gənc yaşlarda vərdiş edək : gün rejimi, sağlam qidalanma, istirahət vaxtı, yuxu vaxtı. Şəxsi qiqiyena qaydaları” mövzusunda seminar keçirilib.
Seminarda 6-cı sinif şagirdləri iştirak ediblər. Seminarda müzakirə olunan : Sağlam həyat tərzi fərdin bütün imkanlardan istifadə edərək orqanizmi daha sağlam etmək, sağlamlığı dəstəkləmək, psixoloji sağlamlığı qorumaq, immunitet sistemini möhkəmləndirmək üçün atdığı addımlardır. Sağlam həyat tərzi formalaşdırmaq daha keyfiyyətli, uzunömürlü, sağlam psixologiyaya malik, həyatın bütün sahələrində (iş, ev, istirahət) tam iştirakın təmin edildiyi həyat deməkdir. Uşaqların sağlam həyat tərzinin formalaşmasında bir sıra faktorlar iştirak edirki, bunlar eyni zamanda uşağın sağlam inkişafının təməlini təşkil edir.
Sağlam qidalanma: Düzgün şəkildə qidalanma həm fiziki həm psixoloji sağlamlığın əsasını təşkil edir.Uşaqlarda normal qida rejimi formalaşdırmadıqda bu yemə pozuntularının yaranmasına gətirib çıxarır. Bu gün uşaqlıqda piylənmənin ən böyük və ən mühüm səbəblərindən biri televizor və kompüter qarşısında uzun və oturaq vaxt keçirmələri, ikincisi isə lazımsız qidaların həddindən artıq istehlakıdır. Ailələr bu iki təhlükəyə çox diqqət yetirməlidirlər.
Normal yuxu rejimi: düzgün yuxu rejimi olmadıqda uşaqlarda bir sıra yuxu pozuntuları yarana bilşr və bu uşaqların bütün fəaliyyət sahələrinə mənfi şəkildə təsir göstərir.
İdmanın rolu: Uşağın erkən yaşda idmanla məşğul olmasının faydaları: Uşaqlıq və yeniyetməlik dövründə idmanla məşğul olmaq,sağlam böyümə və inkişafın təməlidir. İdman etmək təkcə fiziki inkişaf üçün yox, mənəvi, psixoloji sağlamlıq üçün zəruridir. Xüsusilə komanda idmanlarına üstünlük vermək, uşağın şəxsiyyətinin inkişafına, komanda işinə alışmaq, sosiallaşmaq,özünə inam qazanmaq, stressi azaltmaq və məsuliyyət kimi məsələlərdə inkişafına dəstək verir. Sümük-əzələ sistemi güclənir. Pis vərdişlərin mənimsənilməsinin qarşısı alınır.