Valideynlərinin təhsil səviyyəsi şagirdin imtahan nəticələrinə təsir edir

    Liseyimiz üzrə IX sinfi bitirən şagirdlərin valideynlərinin təhsil səviyyəsinin onların imtahan nəticələrinə təsirini təhlil edilib. Təhlil Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanı balları əsasında aparılıb. Qeyd edək ki, liseydaxili qiymətləndirmə nəticələri də DİM buraxılış imtahan nətixcələri ilə üst-üstə düşüb. Yəni nəticələrə, nəticələrin akademik uyğunluğu etibarlıdır.

    Bu tədris ilində liseyimizdən ümumi orta təhsil pilləsi üzrə 76 nəfər şagird məzun olub. Onların orta bal göstəricisi 245 baldır.

    Valideynlərin təhsil səviyyəsinə görə məzunların nəticələri aşağıdakı kimidir:

    Hər iki valideyni ali təhsilli olan 51 nəfər şagirdin orta balı 249 (standard sapma 33.99),

    Bir valideyni ali təhsilli olan 12 nəfər şagirdin orta balı 231.25 (standard sapma 38.54),

    Hər iki valideyni yalnız orta təhsilli olan 13 nəfər şagirdin orta balı isə 239 bal (standard sapma 43.19) olub.

    Bu nəticələr göstərir ki, valideynlərin təhsil səviyyəsi şagirdlərin imtahan nəticələrinə müəyyən dərəcədə təsir göstərir. Xüsusilə hər iki valideyni ali təhsilli olan şagirdlərin nəticələrinin daha yüksəkdir.

    Amma bir məsələni vurğulamaq vacibdir ki, fərqli nəticələr də var. Bu şagirdlərdən hər iki valideyni orta təhsilli olanlar üzrə imtahan nəticəsi 300 bal üzərindən 295 olan bir nəfər şagirdimiz, 290 bal olan iki nəfər şagirdimiz var. Bu qrupa aid edilən bir nəfər şagirddə isə nəticə 287 baldır. Bu qrupdan olan şagirdlərimiz arasında ən yüksək bal 295 olduğu halda, aşağı bal 202 baldır. Standard sapma da bu qrupdan olan şagirdlər arasında fərqli nəticələrin olmasını göstərir.

    Digər sual isə bir valideyni ali təhsilli, digər valideyni orta təhsilli olan şagirdlərimizin nətivcələrinin digər iki qrupa aid olanlardan aşağı olmasıdır.

    Düşünürük ki, bu araşdırma hər həs üçün maraqlı olar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi