Testin etibarlılığı nədir?

Bir neçə müddətdir ölkədə müxtəlif səviyyələrdə və məqsədlər üçün imtahanlar, testlət keçirilir. İstər sosial şəbəkələrdə, istərsə də adi maşhidələrdən görürük ki, müəllimlər və şagirdlər, imtahan verənlər nəticələrindən, suallarından narazıdırlar. Onlar müxtəlif məqamlarla bağlı şikayətlərini bildirir, narazılıqlarını ifadə edirlər. Bəs bu zaman nə etmək lazımdır? Buna elmi yanaşma hansı münasibəti sərgiləyir?
Məsələ ilə bağlı bir neçə açar məsələ var. Birincisi, həmin imtahanın etibarlı reliability olmasıdır. Əgər imtahan etibarlı deyilsə, nəticələr qəbuledilməzdir.
Bəs bu mənada imtahanın etibarlılığı nədir?
Testin etibarlılığı onun nə qədər sabit-dəyişməz və güvənilən nəticə verdiyini ölçməsidir. Məsələn, əgər bir test etibarlıdırsa, o zaman eyni şəxs oxşar şəraitdə testi yenidən verdikdə bənzər nəticə almalıdır. Yəni sən Azərbaycan dili üzrə biliyini yoxlayırlarsa, sən eyni mövzulardan hər dəfə oxşar nəticə almalısan. Nəticən oxşar deyilsə, deməli, imtahan etibarlı deyil. Nəticələrdə kəskin fərqlər qəbuledilməzdir. Əlbəttə, etibarlılığın başqa xüsusiyyətləri də vardır. Sadəcə, yuxarıdakı olmasa, digərləri barədə danışmağa dəyməz.
Əlbəttə, “etibarlı test mütləq doğru ölçür” demək deyil. Test həm də valid olmalıdır. Validliyi növbəti paylaşımda izah edəcəyəm. Düstur belədir: Reliable test ≠ Valid test.
Livingstonun (Educational Testing Service) tərəfindən hazırlanan “Test Reliability—Basic Concepts” (2018) adlı tədqiqatı var. PDF-i əlçatandır. Müəllimlər və mütəxəssislər bunu əldə edib oxusalar, faydalı olar.