Fərqlənmə attestatları təqdim olunub

2024-2025-ci tədris ili üzrə 64 şagirdimiz məzun olub. Buraxılış imtahanı və illik qiymətləndirmə nəticələrinə əsasən 14 fərqlənən şagirdlərə fərqlənmə attestatları təqdim olunub.
Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov şagirdləri və onların valideynlərini təbrik edərək növbəti təhsil pillələrində də fərqlənməyi arzu edib.
Lisey kollektivi adından şagirdlərimizi təbrik edir, uğurlarında zəhməti olan müəllimlərimizə təşəkkür edirik.