Liseydə tarixi bir gün

Mayın 6-da liseydə ilk dəfə olaraq möhtəşəm tarixi bir gün yaşandı. 291 saylı Ekologiya liseyinin status almasının 23 illiyi böyük çoşqu və təntənə ilə qeyd olundu. Liseyin 23 yaşını qeyd etmək üçün təsis olunmuş və əsasını qoymuş uzun müddət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində işləmiş Asif Cahangirov, 1994-cü ildən liseydə direktor vəzifəsində çalışmış k.e.namizədi, TQDK-fizika məsələləri üzrə sədri, Elxan Əmirbəyov, 16 il liseydə direktor vəzifəsində çalışmış Respublikanın əməkdar müəllimi Südabəxanım Mikayılova və 1994-cü ildən müxtəlif illərdə liseydə işləmiş və bu gündə bu təhsil ocağında pedoqoji fəaliyyətlərini davam etdirən şəxslər dəvət olunmuşdu. Kəmalə Mirzoyevanın təşəbbüsü ilə keçirilən bu tədbirə liseyin bütün kollektivi böyük həvəs və tam məsuliyyətlə hazırlaşmışdı. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülbahar Abbasovanın və tarix müəllimi Ziyafət Nəcəfovanın hazırladıqları ssenari əsasında və həmin müəllimlərin aparıcılığı ilə lisey öz 23 yaşını xüsusi özəlliklə qeyd etdi. Liseyin əldə etdiyi uğurlarından, əvəzsiz xidmətləri olmuş müəllimlərindən, liseyi hər yerdə layiqincə təmsil edən məzunlardan söhbət açıldı. Rəngarəng musiqi nömrələri, yumor səhnəcikləri, şux rəqslər ötən illərin kövrək xatirələrinə qayıdaraq həyatının müəyyən hissəsini, bəzilərinin isə gəncliyini bu liseyə həsr etmiş müəllimləri gah təbəssümünə, gah da duyğulanmasına səbəb oldu.Məzmunu ilə tam fərqlənən "Lisey" günündən gözəl təəssürat və xoş ovqatla ayrılan müəllimlərindən dahi M.Arazın bu ifadəsini asanlıqla oxumaq olardı: Səndən mənə bir ömürlük xatirə, Məndən sənə nə qalacaq bilmirəm...
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi