Psixoloji mövzuda "Dəyirmi masa"
Aprelin 13-də 7 a və 7 ç sinif şagirdlrinin iştirakı ilə "Dəyirmi masa" keçirilmişdir. "Dəyirmi masa"da liseyin psixoloqu D.Ağasıyeva “Biz özümüzü kənardan necə görürük” mövzusunda fikir mübadiləsi aparılmışdır. Məqsəd şagirdlərin mükəmməl fikir söyləmək bacarığını formalaşdırmaq, dinləmək, eşitməyi bacarmaq qaydalarına əməl etmək, başqalarının fikirlərinə hörmətlə yanaşmaq bacarığını məşq elətdirmək, qarşı tərəfi axıracan dinləməyi bacarmaq və axırda cavablandırmağı, əsaslandırmağı da bacarmaq və şagirdlərdə məntiqi təfəkkürün inkişafına nail olmaqdan ibarət olmuşdur.