291 nömrəli liseyin qələbəsi
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə aprelin 13-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib. Yarış Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Veteranlar Təşkilatının birgə təsdiq etdiyi əsasnaməyə uyğun keçirilib. Yarışda rayonun 20 məktəb komandası tərkibində 280 nəfər məktəbli (onlardan 80 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəsinə görə I yerə 291 nömrəli “Ekologiya” liseyin komandası layiq görülmüşlər. Yarışın qalib komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanmışdır.