“Son zəng” tədbiri keçirilib

    İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. N.Nərimanov rayonunun ümumtəhsil məktəblərində keçirilən “Son zəng” tədbirlərində N.Nərimanov RİHBA-nın məsul əməkdaşları, adını daşıdıımız liseyin şəhid- məzunu baş leytenant Azad Hümbətovun valideynləri, müəllim-şagird kollektivi, valideynlər və digər şəxslər iştirak ediblər. 
    Tədbir zamanı 2024-2025-ci tədris ilinin uğurlarından söz açılaraq N.Nərimanov rayonu üzrə təhsil sahəsində əldə edilən nəaliyyətlər diqqətə çatdırılıb. Qeyd olunub ki, həyata keçirilən təhsil islahatları bütün ölkədə, o cümlədən N.Nərimanov rayonunda da yüksək inkişafa stimul olub. Əsası Ümummilli lider Heydər Əliyev qoyulan elm və təhsillə bağlı siyasət artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Ulu öndərin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Ümummilli lider tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilməkdədir.
    Tədbir zamanı çıxış edən məzunlar müasir standartlara cavab verən ümumtəhsil müəssisələrində yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiribər.
    Sonda məzunlar “Son zəng” münasibətilə təbrik edilib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi