"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda və EkoSfera-Ekoloji Sosial Mərkəzində ekskursiya təşkil olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Respublika Uşaq Gənclər və EkoSfera Ekoloji Sosial Mərkəzinin təşkilatçılığı ilə Muzeylər və İcmalar mövzusunda intellektual maarifləndirmə proqramı həyata keçirilib.
Layihədə iştirak edən məktəblilərdən Ekologiya liseyinin 5b və 5a şagirdləri "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda və EkoSfera-Ekoloji Sosial Mərkəzində ekskursiyada iştirak ediblər.