Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümünə həsr olunmuş "Şərqdə doğan günəş" adlı tədbir keçirilib

27 may 2025-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü ilə bağlı silsilə tədbirlər keçirilib.
7b sinfində UBTR- Ətlaz Zeynalova və musiqi müəllimi Gülbəniz Muxtarovanın təşkilatçılığı ilə açıq dərs keçirilib. Cümhuriyyətətin yaranması ilə şagirdlərə məlumat verilib və onların təqdimatında şeirlər, musiqilər dinlənilib.
Azərbaycana həsr olunmuş şeirlərin musiqidə təcəssümü ilə bağlı musiqi müəllimi şagirdlərə məlumat verib və həmin mahnılardan bir neçəsi səsləndirib.
5a və 5b siniflərində isə tarix müəllimi Arzu Bayramovanın təşkilatçılığı ilə şagirdlərin əl işlərindən ibarət sərgi keçirilib. Şagirdlər cümhuriyyət dövrünü əks etdirət refaratlar və divar qəzetləri hazırlayıblar.
Belə tədbirlərin keçirilməsi şagirdlərdə vətənpərvərlik sevgisi ilə yanaşı onların istedad və bacarıqlarını üzə çıxarır.
Sonda şagirdlər müstəqil Azərbaycanun banisi Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrindən danışıb və dahi şəxsiyyətun "Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır!" şüarını səsləndiriblər.