Qala Arxeologiya  muzeyinə ekskursiya təşkil olunub

    23 may 2025-ci il tarixdə 5ç sinfi "Gənc turist" dərnək müəllimi Xəyalə xanım və valideynlərin təşkilatçılığı ilə Qala Arxeologiya  muzeyində olublar.

    “Abşeron Qədim Diyar” silsiləsindən olan açıq səma altındakı Qala Qoruğuna ekskursiya ilk dəfədir ki, təşkil olunub. Muzey-kompleksdə eramızdan əvvəl III minillikdən başlayaraq, XX əsrin əvvəllərinə qədər olan Abşeron tarixi ilə bağlı materiallar, eksponatlar, müxtəlif inşa və bərpa olunmuş binalar, qədim yaşayış yerləri daxildir.

    Şagirdlərin sevinci, xoşbəxtliyi, tariximizə olan maraqları diqqəti cəlb edib. Beş min il əvvələ qayıdış... Məscid, kəhriz, məqbərə, sərdabə, qala, dulusçu evi, toyxana, Tacir evi, qədim qala, tapıntılar, yaşı qədər qədim olan püstə ağacı və s... Hacı Ramazan,Tərəkəmə, Çəmbərəkənd məhəllələri, Xaşa-xuna bağları haqqında məlumat əldə edən şagirdlər, eyni zamanda əl dəyirmanı,əsrarəngiz tariximizin səsini özündə yaşadan qaval daşları, eyni zamanda milli adət-ənənələrimizlə tanış olublar. Səyahət etdikləri, Azərbaycanın qədim tarixə malik ərazisini kəşfə çıxdıqları bir neçə saat ərsində şagirdlər həm istirahət ediblər, həm də öyrənyibər. Əslində müasir təhsil sisteminin də tələbi budur. Dörd divar fəlsəfəsindən kənara çıxaraq istər virtual, istər real səyahətlər edərək öyrənməkdir.

  Ekskursiyanın məqsədi şagirdlərimizdə tariximizə, mədəniyyətimizə maraq oyatmaq idi. Böyüməkdə olan nəslin vətənpərvərlik və öz tarixini sevmək ruhunda inkişaf etdirilməsi və respublikamıza təşrif buyuran xarici qonaq və turistlərin sayının daha da artmasına zəmin yaratmaqdır.Şagirdlərimizin öyrəndikləri bu biliklər rəngarəng təsvirlərlə onların yaddaşına əbədi həkk olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi