“Beynəlxalq ailə günü“ adlı dəyrimi masa təşkil olunub

Fəaliyyət planına uyğun olaraq 291 nömrəli Ekologiya liseyinin Məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçı Zeynəb Qasımova, UBR-i Ətlaz Zeynalova və liseyin psixoloqu İradə Cəfərova tərəfindən 9ç sinfində 15 may “Beynəlxalq ailə günü“ adlı dəyrimi masa təşkil olunub.
Şagirdlərlə görüş zamanı ilk öncə Zeynəb Qasımova və Ətlaz Zeynalova giriş edərək ailə dəyərləri və ailənin cəmiyyətimizdə rolu haqqında çıxış edib və uşaqlara maarifləndirici məlumatlar veriblər.
Daha sonra psixoloq İradə Cəfərova uşaqlarla diskussiya edərək ”Ailə üzvünüzün sizin həyatınızdakı rolu?, ”İdeal ailə anlayışı”, ” Ailədən gözlədiyiniz dəstək”, ” Valideynərin sizdən şikayətləri “ və “Ailəmdən öyrəndiklərim” başlıqları ilə müzakirələr aparılıb və uşaqların maraqlı fikirləri dinlənilıb.
Sonda isə rol canlandırması metodundan istifadə edərək uşaqların özlərinin iştirakı ilə qısa səhnəciklər təqdim edilib və ailə dəyərləri haqqında praktiki və əyləncəli anlar yaşanıb.