“Plastik tullantıların ətraf mühitə təsiri” mövzusunda açıq dərs keçirilib

    Texnologiya müəllimi Türkan Qasımova tərəfindən 5b sinfində “Plastik tullantıların ətraf mühitə təsiri” mövzusunda açıq dərs keçirilib. Dərsin məqsədi şagirdlərə plastik qablaşdırmaların təbiətə vurduğu ziyanı izah etmək və ekoloji maariflənməni artırmaq idi.     Dərs interaktiv şəkildə təşkil olunub, şagirdlərə plastik tullantıların ayrılması, təkrar emalı və onların azaldılması yolları haqqında əyani nümunələr göstərilib. Şagirdlər qrup işi formatında təqdimatlar edib və öz fikirlərini bölüşüblər.

    Şagirdlər mövzu haqqında yüksək həvəslə hazırladıqları plakatlar, plastik tullantılardan maşın, roket modelləri, dibçək, qələmqabı hazırlayıb təqdim ediblər.

    Sonda isə "Təbiəti qoru, plastikdən uzaq ol!" adlı şüarla divar qəzetləri hazırlayıblar. Açıq dərs həm maarifləndirici, həm də yaradıcı şəkildə təşkil olunub.

    Bu cür yaradıcı dərslər şagirdlərin yaxşı oxuması ilə yanaşı, onlarda gözəl bacarıqları da inkişaf etdirir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi