Şagirdlər Ümummilli liderin məzarını ziyarət ediblər

Bu gün Ulu önder Heydər Əliyevin doğum günü ilə əlaqədar liseyimizin 9ç sinifinin rəhbəri Samirə Səmədova və şagirdlər Fəxri Xiyabanda dəfn olunmuş Ümummilli lider, dahi şəxsiyyət, şanlı tariximizdə adı qızıl hərflərlə yazılmış Heydər Əliyevin məzarını ziyarət ediblər.
Əvvəlcə Samirə Səmədova və şagirdlər Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad ediblər, sonra Ulu öndərin büstü önünə qərənfillər düzüblər.
Şagirdlər Fəxri Xiyabanda dəfn olunan digər görkəmli şəxsiyyətlərin, eləcə də Zərifə Əliyevanın məzarını ziyarət edib güllər düzüblər.