"Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır" adlı açıq dərs keçirilib

06 mart tarixdə liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Bayramova Əzimə 6a sinfində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır" adlı açıq dərs keçirib.
Dərsdə Heydər Əliyevin həyatı haqqında məlumat verilib, şeirlər səsləndirilib. Şagirdlər görkəmli şəxsiyyətlərin Ulu Öndər haqqında söylədikləri fikirləri, Heydər Əliyevin dilindən aforizmə çevrilmiş sitatları da söyləyiblər.
Bayramova Əzimə Heydər Əliyevin Azərbaycan üçün gördüyü quruculuq işlərindən, xalqımızın xilaskarı kimi xidmətindən danışıb.