"Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli" mövzusunda dəyirmi masa keçirilib

Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümü münasibətilə ingilis dili müəllimi Fidan Məmmədovanın təşkilatçılığı ilə 6a sinfində "Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli" mövzusunda dəyirmi masa keçirib.
Şagirdlər Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlardan danışıblar. Torpaqlarımızın işğaldan azad edilməsinin Heydər Əliyevin uzaqgörən xarici siyasətinin nəticəsi olmasını ingilis və azərbaycan dillərindəki çıxışları ilə qeyd ediblər.