Qlobal Fəaliyyət günlərinə aid çiçəkəkmə tədbiri keçirilib

02 may tarixində liseydə Qlobal Fəaliyyət günləri 22 aprel-06 may 2025-ci il çərçivəsində 6-cı siniflərin iştirakı ilə planetimizin ekosistemlərini bərpa etmək üçün birlikdə hərəkət edərək məktəbyanı sahəmizə çoxlu çiçək əkilib.
Bu fəaliyyətimizdə uşaqların maraq dünyasını kəşf etdirilib və təbiətimizin gözəlliyinə rəng qatılıb.
Torpağın sağlamlığı, bitki örtüyünü ekoloji əhəmiyyəti şagirdləri bu birliyi dərk etməyə və təbiətə bağlamağa aparır. Bu tədbir həm də torpağımızın möcüzələrini kəşf etdirir.
6-cı sinif şagirdləri çox böyük maraqla bitkiləri əkib və öz sevinclərini birlikdə bölüşüblər.
Tədbirdə Eko klubumuzun "Bal arıları" klubunun üzvləri də iştirak ediblər. Eko klub rəhbəri Mətanət Qasımova və liseyimizin biologiya müəllimi Sədaqət Əliyeva bu tədbirin nə qədər əhəmiyyətli və vacib olduğunu uşaqlara izah ediblər.
Bu cür əhəmiyyətli tədbirlər liseyimizdə mütəmadi olaraq keçilir.