"Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövcusunda breyn-rinqə start verilib

    2025-ci ilin "Konstitusiya və Suverenlik" ili elan edilməsi ilə bağlı 5-10-cu sinif şagirdləri arasında keçirilən "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövcusunda breyn-rinqə start verilib.

    Hər il olduğu kimi bu tədris ilinin may ayında da liseyimizdə Ümummilli liderimiz Heydər Əliyevin anadan olması münasibəti ilə Bilik yarışı keçirilir.

    Yarışmada lisey üzrə 28 komanda iştirak edir. Hər komandanın 6 nəfər şagird üzvü var. Hər sinif paraleli üzrə bir komanda qalib olacaq. 
    Yarışma bu gün 5-ci siniflər arasında baş tutub. Şagirdlərimizin tədris keyfiyyətləri və intellektual bacarıqlarının yüksəlməsində yarışmanın ciddi əhəmiyyəti olacağına inanırıq.

    İştirakçılara və təşkilatçılara uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi