"Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur" adlı təqdimat nümayiş olunub

    Böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Onun xalqımız qarşısındakı xidmətləri misilsizdir. Azərbaycan xalqını müstəqil dövlət qurmağa doğru aparan yol, əslində, 1969-cu ildən - məhz Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlamasından sonra başlanıb. Həmin vaxt respublikada bütün sahələrdə sürətli inkişaf başladı. Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində fəaliyyətinin ilk günlərindən aydın oldu ki, Onun simasında Azərbaycan xalqı əsl milli Liderini tapmışdır. O, milli ruhun dirçəldilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail olmaqla yanaşı, həm də bütün ziyalıların, bütün Azərbaycan xalqının diqqətini tarixi və mədəni qaynaqlara yönəltmişdir. 

    Liseyimizin ingilis dili müəllimi Arzu Məmmədovanın təşkilatçılığı ilə 5b sinif şagirdləri ilə birgə "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur" adlı təqdimat keçirilib.

    Təqdimatda Ulu Öndərin həyatı, ictimai fəaliyyəti, daxili və xarici siyasəti haqqında maraqlı məlumatlar təqdim ediblər.

    Şagirdlər Azərbaycanın müstəqillik yolunda mətin addımlarla xalqı öz ardınca aparan H. Əliyevə həsr olunan rus və ingilis dilində şeirlərdən numünələr söyləyiblər.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi