“Stolüstü tennis” yarışı keçirilib
23 aprel tarixidə 258 №-li Nərimanov məktəblərinin müəllimləri arasında stoüstü tennis yarışması keçirilib. Yarışma Respublika Həmkarlar Komitəsi və BŞTİ-nin təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilib.
Bu yarışmaya liseyin fiziki tərbiyə müəlimi Yelizaveta Ələkbərova və biologiya laborantı Vüsalə Həsənova da qatılıblar.
Gərgin və maraqlı keçən idman mübarizəsində ilk 3 yerin qalibi müəyyən olunub. Vüsalə Həsənova Nərimanov məktəblərinin müəllimləri arasında keçirilən stoüstü tennis yarışmasında I yerin, Yelizaveta Ələkbərova isə II yerin qalibi olublar.
Stolüstü tennis yarışının keçirilməsinin məqsədi müəllimlərin asudə vaxtının səmərəli təşkili, idmanın kütləviləşdirilməsi olub.