”Məktəb-şagird sorğusu” keçirilib

    Psixologiya həftəsi çərçivəsində 291 nömrəli Ekologiya liseyinin psixoloqu İradə Cəfərova tərəfindən şagirdlər arasında ”Məktəb-şagird sorğusu” keçirilib. Sorğu 7 sualı əhatə edib və müxtəlif mövzulardan ibarət olub.

    Sorğunun keçirilmə məqsədi- şagirdlərin məktəb mühiti, müəllim və məktəb psixoloqu ilə münasibətləri, eləcə də şəxsi hiss və düşüncələri haqqında daha dərindən məlumat almaq, onların fikirləri ilə tanış olmaq və psixoloji rifahını dəstəkləmək idi.

    Siniflərdə sorğu təlimatı haqqında məlumat verilib, sorğular cavablandırılıb və sorğu gizli şəkildə keçirilib ki, şagirdlər fikirlərini rahat şəkildə bildirə bilsinlər. Sorğunun keçirilməsi üçün şagirdlərə 10 dəqiqə vaxt verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi