“Davranış qiymətləndirmə anketi” adlı qrup işi aparılıb

    Psixologiya həftəsi çərçivəsində 291 saylı Ekologiya liseyinin psixoloqu İradə Cəfərova tərəfindən 6a sinfində “Davranış qiymətləndirmə anketi” adlı qrup işi aparılıb.

    Test məktəblərdə xüsusi diqqətə alınan bullinq mövzusunda olub.

    Məqsəd şagirdlərin oxuduqları sinifdə hazırkı vəziyyətdən xəbərdar olmaq məqsədi daşıması olub. Şagirdlərin bir-birinə qarşı davranışları, hansı davranışların qəbul olunub-olunmadığı, onlara necə müraciət olunduğu, şagirdlərin məktəbə münasibəti, özlərini məktəbdə rahat və güvənli hiss edib-etmədikləri haqqında suallarla mövcud sinifdə vəziyyəti qiymətləndirmək idi.

    Testə başlamadan öncə şagirdlərlə qısa sualllar verərək bullinq mövzusu ilə bağlı nə qədər məlumatlı olduqları müəyyənləşdirilib, əlavə məlumatlar verilib və daha çox diqqətə çatdırılması üçün lövhədə qeydlər aparılıb.

    Daha sonra test keçirilib və şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi