TAT(Tematik Appersepsiya testi) keçirilib

Psixologiya həftəsi çərçivəsində 291 saylı Ekologiya liseyinin psixoloqu İradə Cəfərova tərəfindən 6b sinfində TAT(Tematik Appersepsiya testi) keçirilib.
Test qruplarla iş üslubunda aparılıb. Sinif şagirdləri dörd qrupa bölünüb. Hər qrup özünə ad və liderini müəyyənləşdirdikdən sonra, testin təlimatı izah olunub. Hər qrupa bir şəkil paylanılıb və şəkilə uyğun fikirlərini qeyd etmələri tapşırıləb. Bunun üçün şagirdlərə 15 dəqiqə vaxt verilib. Qruplar öz fikirlərini qeyd etdikdən sonra, qrup liderləri öz fikirlərini bütün siniflə bölüşüb və qarşılıqlı müzakirələr aparıləb.
Testin keçirilmə məqsədi şagirdlər arasında qarşılıqlı münasibəti sinifdə ümumi psixoloji abu-havanı tədqiq etmək və stiuatsiyaya uyğun olaraq problem yarandığı təqdirdə həlli yolları istiqamətində şagirdlərin fikirlərini öyrənmək və maarifləndirmək olub.