Liseyimizdə “İdman həftəsi” başlanıb

5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə martın 3-dən 9-dək ölkəmizdə “İdman həftəsi” elan olunub. "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.
Liseyimizdə də Bədən Tərbiyəsi və İdman gunu ilə baglı liseydə idman həftəsi kecirilib. İdman yarışları və maraqlı şahmat yarısları kecirilib.
Eyni zamanda liseyin texnologiya müəliimi Türkan Qasımovanın təşkilatçılığı ilə 5c sinif şagirdləri idmanla baglı əl isləri hazırlayııblar. Sagirdlərin əl işləri bir–birindən maraqlı olub. Onlar futbol meydançası, tenis, karate oyunlarını və s əks etdirən maketlər hazırlayıblar.
Hazırlanmış əl işlərindən ibarət sərgi təskil olunub. Sərgi sagirdlərin marağına səbəb olub. Belə oyunlarin və sərgilərin təşkil olunması şagirdlərdə idmana və eyni zamanda bacarıqlı əl işlərinə maraq oyadır.
Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.
İdman saglamlığın rəhnidir. Həmişə idmanla məşğul olaq və sağlam olaq!