“Şagird-müəllim münasibətlərinin tədqiqi üçün ekspert sorğusu” keçirilib

     291 nömrəli Ekologiya liseyinin psixoloqu İradə Cəfərova tərəfindən 7b sinfində  “Şagird-müəllim münasibətlərinin tədqiqi üçün ekspert sorğusu” keçirilib.

    Sorğunun keçirilməsində məqsəd şagird-müəllim münasibətlərini dərindən araşdırmaq idi. "Şagird və müəllimlərin qarşılıqlı münasibətləri hansı səviyyədədir?", "Müəllim və şagirdlər arasında qarşılıqlı anlaşılmazlıq, motivasiya problemi və ya ünsiyyət maneələri varmı?".

    İlk öncə şagirdlərə psixoloji sağlamlıq haqqında qısa məlumat verilib və sorğunun keçirilmə məqsədi, şagird yazılarının anonimliyi haqqında şagirdlərin sualları cavablandırılıb. Testlər paylandıqdan sonra şagirdlər fərdi fikirlərini qeyd ediblər.

    Məqsədimiz liseyin psixoloqu olaraq sağlam sosial-psixoloji mühitin qaydasına qalmaq və mövcud olan problemləri vaxtında araşdırmaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi