“İdmançıların yarışa hazırlığının psixoloji yanaşması“ mövzusunda qrup söhbəti aparılıb

    Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin psixoloqu İradə Cəfərova tərəfindən 6e sinfində “İdmançıların yarışa hazırlığının psixoloji yanaşması“ mövzusunda qrup söhbəti aparılıb.

    Maarifləndirici qrup işi zamanı uğur qazanmaq üçün təkcə fiziki gücün kifayət etmədiyi, psixoloji hazırlığın da kifayət qədər əhəmiyyətli olduğu şagirdlərin diqqətinə çatdırılıb. Yarış öncəsi həyəcanı idarə etmək ,özünəinamı gücləndirmək və diqqəti toplamaq kimi nüansların psixoloji hazırlıqla əlaqəli olduğu çatdırılıb.

    Həmçinin, məğlubiyyəti düzgün qəbul etməyi və hər yarışdan düzgün dərs çıxarmaq haqqında da şagirdlərlə müzakirə aparılıb. Onların sağlam həyat tərzi ilə bağlı fikirləri dinlənilib..İdmanla məşğul olanlardan həyatlarında nə kimi dəyişikliklər olması haqqında digər sinif yoldaşlarına məlumat veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi