Şagird özünü idarəetmə günü keçirilib

14 fevral tarixində liseyimizdə Şagird özünü idarəetmə günü keçirilib.
Bu isə şagirdlərin xüsusi marağına səbəb olub. Çünki şagirdlər liseyin həm rəhbərliyini və fənn müəllimlərini əvəz ediblər. Rəhbərliyin funksiyasını idarə edən şagirdlər bütün sinifləri gəzərək üzərlərinə düşən vəzifəni bacardıqları qədər və maraqla yerinə yetiriblər.
Günün sonunda onlar akt zalında hesabat verib və bu tədbirin təşkilatçılarına minnətdarlıqların bidiriblər. Həmçinin müəllimlər tərəfindən onlara kitab və müxtəlif hədiyyələr verilib.
Butun bu kimi tədbirlər şagirdlərdə liderlik bacarığını inkişaf etdirir və onlarda bilik, bacarıqlarını artırır.