“Piylənmə xəstəliyi - əsrin bəlası” mövzusunda seminar keçirilib

    14 fevral 2025-ci il tarixdə məktəbdə məktəbli uşaqlar arasında liseyin həkimi Leyla Nuriyeva və tibb bacısı Könül Əhmədovanın iştirakı ilə Piylənmə xəstəliyi - əsrin bəlası” mövzusunda seminar keçirilib. Seminarda 8-ci sinif şagirdləri iştirak ediblər.

    Seminarda müzakirə olunan: Piylənmə xəstəliyi müasir cəmiyyətin və bütün dünyanın epidemiyası halına gəlmiş böyük tibbi- social problemlərdən biridir. Günümüzdə qarşısı alına bilən ölümlərin siqaretdən sonra gələn ikinci önəmli səbəbi piylənmədir.
    Diqqətçəkən bir məqam da son illərdə piylənmə xəstəliyinin uşaq və yeniyetmələr arasında artmasıdır. Piylənmənin müalicəsindən daha çox profilaktikasının önəmini ortaya qoymaqdır. Sadə dildə desək, piylənmə orqanizmdə artıq yağ toplanmasıdır. Bu xəstəlik bir çox, xüsusən inkişaf etmiş ölkələrdə yayılıb və yaşlı əhalinin demək olar ki, böyük bir qismini əhatə edir. Qeyri- düzgün qidalanma, normadan artıq yemək və azhərəkətli həyat tərzi piylənməni yaradan səbəblərdəndir. Bəzən isə piylənmənin səbəbi kimi müxtəlif endokrin pozğunluqlar və dərman preparatlarının qəbulu qeyd olunur. Piylənmənin səbəbləri əsasən aşağıdakılardır:

    1. Normadan artıq yemək  2. Azhərəkətli həyat tərzi  3. Endokrin sistemin pozğunluqları  4. Genetik konstitusiya.

     Piylənmə zamanı hipertoniya müşahidə olunur, bəzən isə şəkərli diabet xəstəliyi də meydana çıxa bilər. Piylənmənin nəticələri xoşagələn deyil: 2-ci tip şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, ateroskleroz, ürəyin işemik xəstəliyi, miokard infarktı, hipertoniya, sonsuzluq və sayrı. Xətalı yemə davranışları piylənmə xəstəliyinin baş verməsində böyük rol oynayır. Xətalı yemə davranışların ən vacibləri bunlardır: stressli zamanlarda davamlı yemək, ziyarət və dəvətlərə tez-tez getmək, uzun müddət süfrədə qalmaq, axşam yeməyindən sonar yatıncaya qədər davamlı yemək, yüksək kalorili çərəz, ləbləbi, şirin meyvə və şirələr, şirin sular və s. davamlı yemək- içmək, gecə yuxadan durub yemək, su içməmək və ya az içmək, bunun yerinə yüksək enerjili içkilər istifadə etmək, normadan çox qida qəbulu, təbii qidalar yerinə hazır, şəkərli- fast food ismi verilən enerji dəyərli yüksək qidalara meyillik, aclıq hissi olmadan belə qida qəbulu, axşam evə gəldikdən sonra yemək zamanına qədər atışdırmaq və sonra təkrar yemək, sürətli yemək, böyük loxmalar almaq, az çeynəmək, yemək yeyərkən başqa işlərlə məşqul olmaq( davamlı söhbət etmək, TV seyr etmək, oxumaq və s. hansı ki yemə prosesini uzadacaq).

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi