Bülbülün ev-muzeyinə ekskursiya təşkil olunub

    Azərbaycan Respublikası təhsil Naziri M.Cabbarovun "Bülbülün 120 illik yubileyi"nin qeyd olunması ilə bağlı əmrinə əsasən liseyin musiqi müəllimi Gülbəniz Muxtarova 6c sinif şagirdləri ilə profesional musiqi sənətinin banisi Bülbülün ev muzeyində ekskursiyada olublar.

    Tanınmış Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, ictimai xadim, professor Bülbülün Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir.

    Muzey 4 ekspozisiya otağında yerləşdirilmişdir. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır.Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanmışdır. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişət əşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır. 

    Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanılıb. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişət əşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır.

    Bütün bunlar ekskursiya edən şagirdlərimizin xeyli marağına səbəb olub və muzeydə xatirə şəkilləri çəkdirıblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi