Respublika fənn müsabiqələri keçiriləcək

    Təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək. Müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə təşkil ediləcək. 

    Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

    Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Hüseynovanın təşkilatçılığı ilə VI-VII sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsində iştirak edəcək şagirdlərin yoxlama turu keçirilib.Yoxlama turundan uğurla keçən şagirdlər fənn müsabiqələrinin rayon (şəhər) mərhələsində iştirak edəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi