“Kəndimizə qayıdırıq” adlı kitabın təqdimatı keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/173856099367a055e10e3933.94606631.jpg)
Bu gün liseyimizdə professor Əsgər Zeynalov, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, fəlsəfə doktoru Zeynəb Qasımovanın birgə yazdığı “Kəndimizə qayıdırıq” adlı kitabın təqdimatı keçirilib.
Təqdimatda Millət vəkili Hikmət Baba, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, təhsil eksperti Kamran Əsədov, kitabın araya-ərsəyə gəlməsində rolu olmuş şəxslər, liseyin müəllimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Kitab Qərbi Azərbaycan həqiqətlərini özündə əks etdirir. Bədii, elmi və publisistik üslublarda yazılmış kitab azərbaycanlıların dədə-baba torpaqlarında yaşaması, fəaliyyəti və Azərbaycanın bütövləşməsinə gedən yolu təsvir və təqdim edir.