20 Yanvara həsr olunan silsilə tədbirlər keçirilib
17 yanvar 2025 ci il tarixdə liseydə ilk dərslər 20 yanvar faciəsinə həsr edilib. .5ª sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Z.Təhməzova "Unutsaq, unudularıq" adlı açıq dərs keçirib
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb.
Qeyd olunub ki, 20 Yanvar hadisələri xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.
Şagirdlər 20 Yanvara həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Xalqımızın milli qürur günü ilə bağlı xüsusi dərs, kitab, foto və rəsm sərgisi təşkil olunub.
"20 Yanvar faciəsini şahidlərin gözü" ilə mövzusunda mühazirə təşkil edilib. əşkilat işləri üzrə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Zeynəb Qasımova, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Hüseynova, riyaziyyat müəllimi Kubra Əmiraslanova, azərbərbaycan dili və ədəbiyyat müəllimi Cəmilə Budaqova, hərbi hazırlıq müəllimi Fərrux Salamov şahidi olduqları hadisəni təfərrüatı ilə 10-11 sinif şagirdlərinə çatdırıblar. Liseydə həmçinin sinif təşkilat saatları da 20 yanvar faciəsində həsr edilib.