“Qanlı gecəni” əks etdirən əl işləri sərgilənib
35-ci ildönümünü qeyd etdiyimiz Yanvar hadisələrindən müasir Azərbaycanın hər bir yeniyetmə və gənci xəbərdardır. Bu gün hüzn günü olsa da bu gənclər 20 Yanvarın əslində qürur mənbəyi olduğunun da fərqindədirlər. Onlar o qanlı gecənin şəhidlərinin bu günki müstəqilliyin əsas carçıları olduğunu bilir və öz növbələrində 20 Yanvar həqiqətləri haqqında hər kəsi məlumatlandırmağı özlərinə vəzifə bilirlər elə bu məqsədlə məktəbimizdə “Yanvar həqiqətləri” başlığı altında təşkil olunan divar qəzetinin tərtibində məktəb şagirdləri böyük həvəslə iştirak ediblər.
Məktəbimizdə bu qismə aid olub, ənənə halını almış tədbirlərdən biri də “Qanlı Yanvar şagirdlərin gözü ilə” adlı rəsm sərgisidir. Sərgidə məktəb şagirdlərinin “Qanlı gecəni” əks etdirən əl işləri sərgilənib.