Riyaziyyat fənn aylığı

06 dekabr 2016-cı il tarixdən 11 yanvar 2016-cı il tarixədək liseydə ənənəvi riyaziyyat fənn aylığı keçirilmişdir. Fənn aylığının ilk günü təşkilatı işlər görülmüş,şagirdlərin hazırladıqları divar qəzetləri,stendlər, krossvordlar liseyin dəhlizinin və sinif otaqlarının divarlarından asılmışdır. Riyaziyyat fənn aylığı günlərində riyaziyyat müəllimləri S.Zamanova 8a sinfində "Natamam kvadrat tənlik”, S.Çərkəsov 7a sinfində “Birdəyişənli xətti tənlik”, Ə.Əhmədova 5a sinfində “Onluq kəsrlərin toplanması və çıxılması”, K. Əmiraslanova 7b sinfində “Parçanın yarıya bölünməsi” mövzuıarında açıq dərslər vermişlər. Rus bölməsinin riyaziyyat müəllimləri İ.Ələsgərova və A.Mahmudova “Riyaziyyat biliciləri” adlı breyn-rinq təşkil etmışlər. Breyn-rinqdə 6-8-cı sinif şagirdləri arasında yarış keçirilmiş, qaliblər hədiyyə və diplomlarla mükafatlandırılmışlar. Onu da xatırlatmaq lazımdır ki, riyaziyyat fənn aylığı yanvarın 11-dən fevralın 15-dək öz yerini kimya fənn aylığına verəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi