44 günlük Zəfər yürüşü
Ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə məktəbdə “ 44 günlük Zəfər yürüşü” adlı şeir müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir.