Zərərli vərdişlər sağlamlığa qəsddir

             Sağlam həyat tərzinin tam əksinə olan və qeyri-sağlam həyat tərzinin əsasını təşkil edən zərərli vərdişlər insanın özünə, onun ailəsinə, ətrafına və yaşadığı cəmiyyətə ciddi ziyan vurur. Təəssüf ki, zaman keçdikcə bu vərdişlərin forması, sayı getdikcə artır və insan cəmiyyətinə öz mənfi təsirlərini göstərir.

             Spirtli içkilərin, tütün məhsulları və narkotik vasitələrin qəbulu zərərli vərdişlərin ən geniş yayılmış formalarıdır. Bu vərdişlər insanın bütün fəaliyyətini özündən asılı vəziyyətə salır. Zərərli vərdişlərin təhlükəli xüsusiyyəti insanda bu vasitələrdən asılılıq yaratmasıdır. Daha təhlükəli asılılıq yaradan spirtli içkilər, narkotik vasitələr, insan orqanizminə öldürücü təsir göstərən toksiki və psixotrop maddələrdir. Bu vasitələrdən istifadə nəinki insanın sağlamlığını, onun sosial və maliyyə həyatını da məhv edir. Zərərli vərdişlər səbəbindən yaranan xəstəliklər orqanizmin daxili mühitini pozur və müxtəlif xarakterli xəstəliklərin inkişaf etməsinə səbəb olur. Şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılması , məktəblilərin zərərli vərdişlərdən qorunması və maarifləndirilməsi məqsədilə  həkim Elza Məhərrəmova siniflərdə söhbətlər apardı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi