Qurd xəstəlikləri və şəxsi gigiyena qaydaları
Həkim-pediatr Elza Məhərrəmova “Şəxsi gigiyena qaydaları, qurd invaziyaları" mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirdi. Belə ki, həkim ən çox rast gəlinən qurd invaziyalarından (enterebioz, askaridoz və trixosefalyoz), parazitar xəstəliklərdən( lyamblyoz) danışdı.Elza xanım bildirdi ki, helmintlər uşağın immunitetinin azalmasına, allergiyaların yaranmasına, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Bu baxımdan uşaqların şəxsi gigiyena qaydalarına riayət etməsi vacibdir.Görüş zamanı məktəblilərə qurd xəstəliklərinin fəsadları və qorunma üsulları haqqında ətraflı məlumat verildi, uşaqları maraqlandıran suallar cavablandırıldı.