Nailiyyətlərimiz

Məktəb qaliblər sırasındaAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı” layihəsinin şahmat idman növü üzrə Binəqədi rayon mərhələsi 25 oktyabr 2019-cu il tarixində 3 №-li Uşaq Gənclər Şahmat İdman Məktəbində keçirilmişdir. 2010-2012-ci il təvəllüdlü şagirdlər arasında keçirilən yarışın nəticəsinə görə məktəbin komandası I yerə layiq görülmüşdür. Növbəti mərhələdə komandaya uğurlar arzu edirik.

Fəxri FərmanBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bakı şəhəri rayon Komitələrinin sədrləri, məktəb direktorları, müəllimlər, şagirdlər, məzunlar və media nümayəndələri iştirak ediblər. Mərasim Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçılarını salamlayan BŞTİ-nin müdiri Rəşad Tağıyev qarşıdan gələn Beynəlxalq Müəllimlər Günü münasibətilə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Mərasimdə uğurlarına və səmərəli fəaliyyətinə görə məktəb direktorları, müəllimlər, şagirdlər və məzunlar mükafatlandırılıb. Məktəbin direktoru Tünzalə Zeynalova təhsil müəssisəsinin idarə olunmasında yüksək fəaliyyətinə və idarəçilik səriştəsinə, gənc nəslin təlim – tərbiyəsində əldə edilmiş yüksək nəticələrə görə Fəxri Fərmanla təltif edilib. Məktəbin pedaqoji kollektivi adından təbrik edirik və uğurlar diləyirik.

Respublika Fənn Olimpiadasının qalibiİyunun 19-da Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər. Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. Bildirib ki, fənn olimpiadalarına maraq ildən-ilə artır. 2018-2019-cu tədris ilində olimpiadaya 30 000-dən çox şagird qatılıb. Olimpiadanın nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib. Təhsil naziri Ceyhun Bayramov qalibləri təbrik edərək son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Təhsil naziri bildirib ki, bu sahədə islahatlara 2014-cü ildən başlanılıb və qısa müddətdə istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülüb. Məktəbin XI sinif şagirdi Nağızadə Fərid Musa oğlu Riyaziyyat fənni üzrə III yerə layiq görülərək bürünc medalla təltif olunub. Məktəbin şagirdini təbrik edir və daha da yüksək qalibiyyətlər arzu edirik.

HAQQIMIZDA

Bakı şəhəri 283 № - li tam orta məktəb 1988-ci ildən 2 təlim dili (Azərbaycan dili və rus dili) olma...

BİZİM FƏXRLƏRİMİZ

Elçin Niyazov İsrail

Gülnarə Süleymanova Telman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi