Nailiyyətlərimiz

Şagirdin idman uğuru30 noyabr – 1 dekabr tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Kikboksinq idman növü üzrə “Şuşa Kuboku 2024” adlı yarış keçirilmişdir. Möhtəşəm yarış Şuşanın və milli döyüş irsimizin şərəfinə baş tutmuşdur. Məktəbin XI sinif şagirdi Fərid Qasımov 16 – 17 yaş qrupunda 60 kq çəki dərəcəsi ilə uğurlu oyun nümayiş etdirərək ikinci yeri tutmuşdur. Bu qələbə münasibətilə məktəbin şagirdini və onun idman müəllimi İlham Təhməzovu təbrik edir, hər zaman qaliblər sırasında olmağı arzu edirik!

IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibNoyabrın 29-da Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib.   Açılış nitqi ilə çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev fənn müsabiqələrinin keçirilmə məqsədi və nəticələri barədə çıxış edib. İstedadlı gənclərə dəstəyin ölkənin innovativ və intellektual inkişafında mühüm rol oynadığını qeyd edən Fuad Qarayev bu cür müsabiqələrin şagirdlərin yüksək intellektual potensialını dəstəkləmək və onların uğurlarını qeyd etmək məqsədilə təşkil edildiyini bildirib.   Fuad Qarayev bildirib ki, sözügedən müsabiqədə ümumilikdə 43 111 şagird iştirak edib. Onlardan 8 800 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin nəticələrinə əsasən, 307 şagird qalib olub. Onlardan 58 nəfər qızıl, 95 nəfər gümüş, 154 nəfər isə bürünc medalla təltif olunub. Qaliblərin 189 nəfəri oğlan, 118 nəfəri isə qızdır.   Fuad Qarayev öz çıxışında xüsusilə bir məqamı –  respublikada orta ümumtəhsil məktəblərindən 3 məktəbin nəticələrinin kifayət qədər yüksək olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sevindirici və qürurverici bir haldır ki, 283 nömrəli tam orta məktəb nəticələri yüksək olan  3 məktəb sırasında yer almışdır. Nəzərinizə çatdıraq ki, 6 – cı sinif şagirdləri arasında keçirilən Respublika Fənn Müsabiqəsində məktəbin 6 nəfər şagirdi (informatika fənni üzrə - 3 nəfər, təbiət fənni üzrə - 3 nəfər) medala layiq görülmüşdür. Müsabiqənin nəticələrinə əsasən məktəbin 3 nəfər şagirdi təbiət fənni üzrə:  Hənifə Qasımova yüksək nəticə göstərərək gümüş Medala, Camal Qasımov, Ayan Mahmudzadə bürünc Medallara, Humay Cəbiyeva, Əsmər Həmzəyeva, Mehrəli Tağızadə isə İnformatika fənni üzrə bürünc Medallara layiq görülmüşlər. Bu mükafatlandırma münasibətilə bütün pedaqoji kollektivi, fənn müəllimlərini Naidə İsayeva, Nəzakət Məmmədli, Sahilə Muradova,  Aynur Mürşüdovanı və məktəbin şagirdlərini təbrik edirik!

Qəbul imtahanında yüksək nəticəİyulun 26-da I və IV qrup qəbul imtahanlarının nəticələri açıqlanıb. I ixtisas qrupu üzrə ən yüksək (400 bal) nəticəni göstərən 2 nəfərdən biri məktəbin məzunu Məmmədli Əli Faiq oğlu olmuşdur. Məmmədli Əlini təbrik edir, təhsil uğurları arzu edirik!

HAQQIMIZDA

Bakı şəhəri 283 № - li tam orta məktəb 1988-ci ildən 2 təlim dili (Azərbaycan dili və rus dili) olma...

BİZİM FƏXRLƏRİMİZ

Reyhan Camalova Rauf

Elçin Niyazov İsrail

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi