HAQQIMIZDA

Bakı şəhəri 283 № - li tam orta məktəb 1988-ci ildən 2 təlim dili (Azərbaycan dili və rus dili) olmaqla fəaliyyət göstərir. 2019 - 2020 - ci tədris ilində məktəbdə 1488 nəfər şagird 50 sinif olmaqla komplektləşdirilmişdir.  4 qrup Azərbaycan bölməsi üzrə 111 nəfər beşyaşlı uşaq məktəbəhazırlıq qrupunda təhsil alır. Məktəbdə 141 nəfər müəllim çalışır. Məktəb 2 növbəli, 5 günlük iş həftəsi ilə işləyir. 2009- cu ildən etibarən məktəb Rus dilinin intensiv tədrisi layihəsinə qoşulmuşdur. Bakı şəhəri 283 № - li tam orta məktəb 2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə nəinki rayon miqyasında, eləcə də Respublikanın əməkdar müəllimi adını qazanan, dərslik müəllifi olan, müxtəlif treninqlərdə, layihələrdə iştirak edən müəllimlər vardır. Olimpiadanın Şəhər, Respublika turlarının qalibləri, qəbul imtahanlarında yüksək nəticələrə görə Prezident təqaüdü alan məzunlar vardır.

2015 - ci ilin sentyabr ayının 7-də əsaslı təmirdən sonra  Prezident İlham Əliyev Cənabları məktəbdə olaraq görülən işlərlə yaxından tanış olmuş, müəllim kollektivinə və şagirdlərə təhsil uğurları arzulamışdır. Məktəb müasir tələblərə cavab verən təlim - tədris imkanlarına və infrastruktura malikdir.

Məktəb 2017 - 2018 - ci tədris ilindən etibarən fiziki cəhətdən sağlamlıq imkanları məhdud uşaqlar üçün evdə təhsil mərkəzidir.

2019 – cu ilin məzunu Nağızadə Fərid Musa oğlu riyaziyyat fənni üzrə olimpiadanın finalçısı olmuş, bürünc medala layiq görülmüşdür.  2018 – 2019 – cu tədris ilində məktəbin X sinif şagirdi Camalova Reyhan Rauf qızı Sabahın Alimləri VIII Respublika müsabiqəsində qızıl medal qazanaraq ABŞ – da keçirilən “İNTEL və İSEF” beynəlxalq Elm və Mühəndislik sərgisində Azərbaycanı təmsil etmişdir.

2019 – cu ildə ümumi orta təhsil pilləsi üzrə təlim göstəricilərinə görə məktəb Bakı şəhərinə tabe tam orta məktəbləri üzrə 24 – cü, Binəqədi rayonu üzrə 2 – ci yerə qədər irəliləmişdir.

Ötən tədris ilində məktəbin 45 məzunundan 36 – ı nəfəri ali məktəbə qəbul olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi