Məktəbin şagirdi “12 noyabr Konstitusiya Günü”nə həsr olunmuş şahmat yarışının qalibi olduMəktəbin üçüncü sinif şagirdi Həşimov Hüseyn Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Respublika İdman mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbinin “12 noyabr Konstitusiya Günü”nə həsr olunmuş III dərəcə almaq uğrunda yarışda I yer tutduğuna görə Diplomla təltif edilmişdir.
Məktəbin fiziki tərbiyə müəllimi Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görüldüMəktəbin fiziki tərbiyə müəllimi İlham Təhməzov Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən kikboksinq idman növü üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi fəxri adına layiq görüldü.
“Mini futbol” birinciliyində III yer23 oktyabr 2017 – ci il tarixində Binəqədi rayonu 2006 - 2007 – ci il təvəllüdlü məktəbliləri arasında “Mini futbol” birinciliyi uğrunda final mərhələsi keçirildi.
Məktəbin komandası III yerə layiq görüldü.
Təbrik edirik!